Təcili tibbi yardım şöbəsinin həkimi vakansiyası
Leyla Medical Center MMC namizədləri Təcili tibb yardım şöbəsinə Həkim vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
– Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir;
– Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardım göstərir;
– Ona tabe orta və kiçik tibb personalının işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir
Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil;
– Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan
– ABC Reanimasiya
– IVL aparatında iş
– EKQ
– Dil bilikləri
– Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
– Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
– İngilis dili arzu olunandır;
– Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
– Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
– Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
– Komanda ilə işləmək bacarığı.
Son müraciət tarixi: 10 yanvar 2021-ci il.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər və ya +994 55 300 10 89 nömrəsi ilə əlagə saxlaya bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının «Təcili tibbi yardım şöbəsinin həkimi»”göstərilməsi xahiş edilir.