12 Fevral 09:54

Təcrübə keçmək istiyənlərin nəzərinə!

Təcrübəçi Vakansiya!

Təcrübə keçmək istiyənlərin nəzərinə!

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) könüllü əsaslarla təcrübə keçmək arzusunda olan tələbə və gəncləri əməkdaşlığa dəvət edir. Təcrübəçi kimi fəaliyyət göstərmək istəyən gənclər assosiasiyada 6 ay müddətində təcrübə keçmək imkanı qazanacaqlar.

İşin təsviri:

– Təlimlərin, tədbirlərin təşkil olunması

– Həftəlik bülletenlərin hazırlanması
– Kənd Təsərrüfatı sahəsində araşdırmaların aparılması, icmalların hazırlanması
– Daxil olan və çıxan emailləri nəzarətdə saxlamaq, cavablandırmaq və arxivləşdirmək
– Müvafiq sənədlərin tərtibi və arxivləşdirilməsi
– Üzvlərlə əlaqə saxlamaq, onlarla müntəzəm işləmək

Namizədə tələblər

– Təcrübəyə tam və yarım gün  cəlb olunmaq imkanı olan
– Microsoft Office proqramında işləməyi bacaran
– Rus və ingilis dillərini bilən
– Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan
– Dəqiq, məsuliyyətli və məqsədyönlü
– Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ, yaradıcı

Təcrübəçi kimi 6 ay müddətində işləyən gənclərə nahar və yol xərcləri veriləcək. Müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Maraqlanan şəxslər öz CV formalarını mövzu hissəsində Təcrübəçi Edumap.az göstərməklə [email protected] ünvanına göndərə bilər.

Sənədlərin son göndərilmə tarixi 18.01.2019-cu ildir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)