Təcrübə proqramına start verilib

Buta Group” şirkəti 2011-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalı və xidmət sektorlarında fəaliyyət göstərir. Tərkibində 11,5 hektar ərazidə “Buta Agro İstixana Kompleksi”ndə “AzTomato” brendi altında istehsal olunan pomidor çeşidlərini, İsmayıllı rayonunda 604 hektar ərazidə “Buta Agro Aqroparkı”nda “İsmayıllı Tərəvəzləri” brendi altında istehsal olunan kartof, soğan, qarğıdalı, badımcan və s. tərəvəzləri, Respublikamızın 8 iqtisadi regionunda 60 mağaza şəbəkəsində mineral gübrələrin, toxumların, bitki mühafizə preparatlarının satışını həyata keçirən “AzGübrə” brendini cəmləşdirir.

Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir. Bu məqsədi rəhbər tutaraq, İnsan Resurslarının idarə edilməsində ən müasir metodları və beynəlxalq təcrübəni tətbiq edirik.

“Gənclər gələcəyimizdir” prinsipi ilə yola çıxaraq gənc mütəxəssislərin inkişafına İnsan Resursları idarəetməsinin bir tərkib hissəsi olaraq xüsusi diqqət ayırırıq. Respublikamızın demoqrafik inkişafında gənclərin mühim rol oynaması şirkətimizin də gənc mütəxəssislərin yetişdirilməsində fəaliyyət sxeminin hazırlanmasına səbəb olmuşdur. Gənclərimizin öz bilik və bacarıqlarını daha da təkmilləşdirməsi üçün təşkil etdiyimiz təcrübə proqramları, gənclərin motivasiyasının artırılması üçün stimullaşdırıcı tədbirlər planı, kənd təsərrüfatı sektorunda öz sözünü demiş şirkət olaraq onlara həm istehsal, həm də xidmət sahələrimizdə müxtəlif vəzifələr verməklə etimadımızı bir daha göstərmiş oluruq.

Hazırda şirkətimizdə Təcrübə proqramına start verilib və Sizə Ümumi işlər, İnsan resursları, Logistika , Mühasibatlıq, Satış şöbələrində bilik, bacarıq və peşəkar şirkətdə iş təcrübəsi qazanma fürsəti təqdim edirik.

Əsas tələblər:

Təhsil:
– Ali
– Məzunlar
– Magistr tələbələri

Professional biliklər:
– Azərbaycan, Rus və İngilis dilləri mükəmməl
– Microsoft Office proqramlarını bilmək

Professional bacarıqlar və kompetensiyalar
– Öyrənmək istəyi
– Detallara diqqət

İş qrafiki:
I-V günlər 09:00 – 17:00, şənbə 9:00-13:00

Peşəkar komandanın bir hissəsi olmaq üçün fürsəti qaçırmayın. Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini “İntern” qeyd etməklə [email protected] e- mail ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Bir cavab yazın

Back to top button