“Təcrübə+” təlim proqramı
“Təcrübə+” təlim proqramı
Qalata Təhsil Mərkəzi təcrübə və təlim proqramını özündə birləşdirən yeni bir xidmət təklif edir. 3 aylıq ödənişli “Təcrübə+” təlim proqramı çərçivəsində siz həm müxtəlif sahələr üzrə bilik əldə edə, həmçinin təcrübə qazana biləcəksiniz. Təcrübənin sonunda iş tapma şansınız artacaq!
Proqramın təlim hissəsi
- SMM
- Müxtəlif iş adamları ilə seminar və görüşlər
- Dijital marketinqə giriş
- Müxtəlif dijital platformalar üzrə təlimlər
- PR və reklam
- Satışın özəllikləri
- Web sayt hazırlanması
Proqramın təcrübə hissəsi
- Şirkət daxilində real platformalarda işləmək şansı
- Təcrübəli mütəxəssislərlə əməkdaşlıq
- Real biznes keyslər ilə işləmək imkanı
- Yeni biznes ideyalarının (Start UP) müzakirəsi və reallaşdırılması!
- Praktik şəkildə reklam kampanyalarının təşkili
Proqram sonunda nə əldə edəcəksiniz?
- Qalata Təhsil Mərkəzindən sertifikat
- Xasiyyətnamə
- Ən az 5 yeni online program barədə məlumat və təcrübə
- 3 ay ərzində real təcrübə və bilik şansı!
Layihədə iştirak etmək ödənişlidir. Ödəniş Aylıq 90 AZN təşkil edir. “Təcrübə+” Təlim proqramı APRELİN 20-dən start götürəcək. Layihəyə yalnız 10 iştirakçı cəlb olunacaq. Yerlər məhdud olduğundan öncədən qeydiyyatdan keçmək tələb olunur. Layihəni uğurla bitirənlərə sertifikat və xasiyyətnamələr veriləcək. Son qeydiyyat tarixi 19 Aprel 2021.
Namizədlər üçün ilkin tələblər:
– Ali təhsil ;
-18-25 yaş arası;
-MS office üzrə biliklər;
-Məsuliyyətli və diqqətli;
Layihədə iştirak etmək istəyənlər 012 5552330, 0507940154, 0505182330 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.