Bazar ertəsi, 4 Avqust, 2025

Təcrübəçi-hüquqşünas vakansiyası


  • Dərc edildi: 7 Fevral, 2022 - 13:00
Təcrübəçi-hüquqşünas vakansiyası

Təcrübə proqramı! Şirkətimiz korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmaq arzusunda olan, praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Təcrübəçi-hüquqşünas” vakansiyasını elan edir. İş barədə məlumat: ·Peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı; · Yüksək komanda ruhunda əməkdaşlıq; · Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları; · Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit; · Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək; · Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak; · Görüş və təqdimatların təşkili, iştirak; · Müştərilər ilə görüşlərdə iştirak; · Şirkətin fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək; · Dövri hesabatların hazırlanması və təqdim edilməsi; Namizədə dair tələblər: - Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (təhsil müəssisələrini yeni bitirənlər üçün); - Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalıdır; - Rus və İngilis dilini yaxşı səviyyədə bilən namizədlərə üstünlük verilir; - Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı; - MS Excel,MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı; lkin əmək haqqı 250 azn, İşində fərqlənən namizədlərə yaxın gələcəkdə yüksək əmək haqqı vəd olunur. CV-nizi 10 fevral 2022-ci il tarixinədək, mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə[email protected]ünvanına göndərməyiniz xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5646
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1008
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 354
“İnnovativ məktəb” l...