8 Yanvar 09:11

Təcrübəçi Hüquqşünas

Vakansiyanın adı: Təcrübəçi Hüquqşünas

İş yeri: Bakı (ümumi)

Təhsil: Ali hüquqi təhsil

Dil bilikləri: Azərbaycan dilini mükəmməl, İngilis dilini orta səviyyədə (intermediate) bilmək, rus dili arzu olunandır.

İş təcrübəsi: Tələb edilmir

İş qrafiki: Sərbəst (məhsuldarlıqdan asılı olaraq)

Yaş həddi: 18-24

Əmək haqqı: Ödənişsiz

Elektron poçt: [email protected]

İş barədə məlumat:

  • Hüquqi sənədlərin və müqavilələlərin hüquqi ekspertizası və hazırlanmasında iştirak etmək;
  • Şirkət tərəfindən dövlət orqanlarına, digər təşkilatlara göndəriləcək hüquqi xarakterli sənədlərin tərtibi, onların çatdırılmasında köməklik göstərmək;
  • Müəssisənin dövlət orqanları, notariuslar, hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
  • Sosial media hesabları və digər vasitələrlə gələn sorğuların cavablandırılması
  • Hüquqi rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
  • Müəssisə rəhbərliyinin verdiyi əlavə tapşırıqların yerinə yetirilməsi.

Namizədlərə dair tələblər:

  • Hüquq üzrə ali təhsil (3-cü və 4-cü kurs tələbələri və ya yeni məzun olmuş şəxslər)
  • Standart MS Office proqramlarında işləmə bacarıqları (Word, Excel, və s.)
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzəri tanışlığının olması vacibdir

Müraciət qaydaları: Yuxarıda qeyd edilən tələblərə uyğun gələn şəxslərdən CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)