5 Fevral 11:38

Təcrübəçi (stajyer) hüquqşunaslar tələb olunur

“RE Legal and Consulting Services” MMC təcrübə proqramı elan edir:

Hüquq və Konsaltinq şirkətimizə təcrübəçi (stajyer) hüquqşunaslar tələb olunur:

Namizədə dair tələblər:

– Ali hüquq təhsili (soncu kurs tələbələri)- Dövlət Universitetlərinin hüquq fakultəsinə yüksək nəticə ilə qəbul olmuş tələbələrə üstünlük veriləcəkdir.

– Azərbaycanın mülki qanunvericiliyini bilmək
– Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı (ingilis və Rus dillərini bilənlərə üstünlük veriləcəkdir)
– Çalışqanlıq və təşəbbüskarlıq

Müraciət üçün şəkilli CV-nizi(ətraflı)” təcrübəçi (stajyer) hüquqşunas edumap.az” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Namizədlərin CV- ləri qiymətləndirildikdən sonra müsbət rəy verilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İş barədə məlumat:

– Müxtəlif növ müqavilələrin tərtib olunması və ya şərh edilməsi
– Pretenziya məktublarının, iddia ərizələrinin, vəsatətlərin, etirazların, şikayətlərin yazılması

– Şirkətdaxili sənədlərin işlənib hazırlanması və uçotu

– Dövlət orqanlarına, hüquqi şəxslərə müvafiq sorğuların hazırlayıb göndərilməsi və bu barədə cavabların alınması

– Məhkəmə, hüquq-mühafizə orqanlarına və hüquqi məsələlərə dair hüquq şirkətlərinə müraciyətlərin göndərilməsi
– Fiziki və hüquqi şəxslər, eləcə də Dövlət orqanları ilə yazışmaların aparılması
– Ehtiyac olduğu halda şirkətlərə qısa və ya uzunmüddətli ezam olunma
– İş qrafiki: Razılaşma qaydasında (part time və ya full time)

-Əmək haqqı: Razılaşma qaydasında

Bəyən və paylaş

Rəylər

rəy(lər)