Təcrübəçi Mühasib vakansiyası

Az Smart MMCmüxtəlif növ ticarət və xidmət sahələri, eləcə də bank sektoruna innovativ maliyyə texnologiyaları üzrə həllər təklif edir. Az Smart MMC 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzdnində Dövlət Vergi Xidmətində Yeni Nəsil Nəzarət Kassa Aparatı operatoru kimi qeydiyyatdan keçmişdir. Az Smart MMC, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş standartlara cavab verən Nəzarət Kassa Aparatları və proqram təminatı üzrə kompleks həllərini ölkə üzrə müxtəlif ticarət sektorlarına təklif edir. Bu həllər sahibkarların gündəlik işlərini daha sadə və effektiv aparılmasına dəstək olaraq, şəffaf hesabatlılıq və etibarlı sahibkarlıq prinsipləri əsasında işləməyə şərait yaradır. Şirkətimiz İspaniya, Çin, İngiltərə, Böyük Britaniya, Rusiya və Hollandiyada nümayəndəlikləri olan və innovativ maliyyə texnlogiyalarının tətbiqi üzrə beynəlxalq layihələr həyata keçirən “E-21 Partners” holdinqi ilə əməkdaşlıq edir. “E-21 Partners” Rusiya, Qazaxıstan, Özbəkistan və Moldova kimi ölkələrdə yeni nəsil onlayn kassa aparatlarının tətbiqində geniş təcrübəyə malikdir. Şirkətimizətəcrübəçiaxtarılır Vəzifəyə olan tələblər: - Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili - Vergi və mühasibat uçotunun aparılması - Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması - Debitor və kreditor hesablaşmaların aparılması - Aylıq daxili maliyyə hesabatlarının hazırlanmasında köməklik Vəzifə öhdəlikləri: - Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit) - Yaş həddi: 18-25 - Mühasibatlıq sahəsində 3/4-cü kurs tələbələri və ali məktəbi yeni bitirmiş şəxslər - Dil bilikləri: Azərbaycan(əsas), Rus (orta), İngilis(orta) - MS Office bilikləri - İş təcrübəsi tələb olunmur; - Öyrənməyə və inkişafa yüksək həvəs; - Məsuliyyətlilik və detallara qarşı diqqətlilik; Digər məlumat: - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə - İş qrafiki: bazar ertəsi - cümə; - İş saatı:09:00-dan 18:00-dək Tələblərə cavab verən namizədlərOktyabr ayının 5-dəköz CV formalarını[email protected]elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Təcrübəçi (mühasib)” qeyd etməyiniz vacibdir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az