Təcrübəçi ( Texniki Xidmət Şöbəsi) vakansiyası

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Təcrübəçi ( Texniki Xidmət Şöbəsi)

Əlavə məlumat

– İş yeri – Türkan qəsəbəsi;
– İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək;
– Nahar Şirkət tərəfindən qarşılanır, iş yerinə servislə çatdırılma xidməti mövcuddur;
– Təcrübə müddəti 6 aydır. Təcrübə müddətini uğurla başa vuran təcrübəçi işlə təmin olunacaqdır. Əmək haqqı 350 AZN net təşkil edir, qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmə.

Vəzifə öhdəlikləri

– Təmir aktlarının hazırlanması;
– Təmir məlumatlarının daxili sistemə işlənməsi;
– Yanacaq hesabatının hazırlanmasında iştirak;
– Cari təmirlə bağlı məlumatların verilməsi və təmir işləri ilə bağlı kordinasiya.
– Şöbənin digər işlərində texniki xidmət koordinatoruna dəstəyin göstərilməsi

Tələblər

• Təhsil : Təhsil – Ali ( Texniki ixtisaslar üzrə xüsusilə nəqliyyat mühəndisliyi üzrə ixtisaslar)
• Dil bilikləri: Azərbaycan Dili ana dili, İngilis dili üstünlükdür
• İT üzrə biliklər: MS Office
• İş təcrübəsi – tələb olunmur

Texniki Bacarıqlar

• Avtomobil ehtiyat hissələrinə dair biliklər , mühərriklərin işləmə prinsipi ilə bağlı biliklər

Səriştəlik

• Məsuliyyətli, disiplinli,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Texniki xidmət-Təcrübəçi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir