Tədris işləri üzrə direktor müavini vakansiyası

Tədris işləri üzrə direktor müavini vakansiyası

Mingəçevir Turizm Kolleci 2006-ci ildən ölkədə turizm sahəsində mütəxəssis hazırlayan yeganə orta-ixtisas təhsil müəssisəsidir. 2018-ci ildən Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilmişdir. Kollecin məqsədi ölkədə xidmət sektorunda mövcud iaşə müəssisələrində və turizm-sənayesinin mövcud digər müəssisələrində çalışacaq orta səviyyəli menecerlərin yetişdirilməsidir.

Ümumi tələblər:

• Müəssisənin profilinə uyğun və pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
• Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
• MS Office (Excel, Word, Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti.
• İnformasiyanın təhlili və analiz etmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Daim təşəbbüskar, davamlı və qərəzsiz fəaliyyət

Vəzifə öhdəlikləri:

• Tədris işləri üzrə direktor müavini, müəllimlərin tədris proqramlarının və planlarının həyata keçirilməsinə, tədris – metadoki planların tədris ilə bağlı vacib sənədlərin hazırlanmasına nəzarət edir;
• Tədris prosesinin iştirakçılarının işinin rəğbətləndirilməsini, sağlam tədris mühitinin yaradılmasını, ümumilikdə tədris prosesinə rəhbərlik edir;
• Pedaqoji işçilərin, işini analiz etmək, manitorinqini aparmaq, qiymətləndirmək və nəzarət etmək;
• Müəllimlərin pedaqoji fəaliyyətinə, etik – davranış qaydalarına əməl etməsinə;
• Şagirdlərin məktəbdaxili intizam qaydalarına əməl etməsinə;
• Pedaqoji heyyətin peşəkarlığının inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə;
Namizədə dair üstünlüklər:
• Magistr təhsili və ya elmi nailiyyəti olan;
• Xarici dil biliklərinə malik olan.




İş şəraiti:

• İş yeri –Mingəçevir Turizm Kolleci (20 Yanvar küçəsi 12)
• İş qrafiki, iş vaxtı: 5 iş günü saat 09:00-dan 18:00-dək ;
• Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;


Namizədlər öz CV- formasını “ tədris işləri üzrə direktor müavini ” başlığı altında [email protected] elektron ünvanına göndərməlidir.


Əlaqə vasitələri:
+994 (24) 274-34-34
Mingachevirtourismcollege

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az