20 Aprel 14:22

“Təhlükəsiz gələcək naminə” adlı video müsabiqə

Holcim Azərbaycan ASC və “Qaradağ Gənclər Evi” 28 Aprel – Beynəlxalq Əməyin Mühafizəsi günü ilə əlaqədar “Təhlükəsiz gələcək naminə” adlı video müsabiqə elan edir.
Müsabiqənin şərtlərinə əsasən, təqdim edilən video materiallar aşağıda qeyd
olunan mövzulardan birini əhatə etməlidir.

  1. Avtomobildə olarkən və ya avtomobili idarə etdikdə təhlükəsizlik kəmərindən istifadə.
    2. Məişətdə qazın təhlükəsiz istifadəsi
    3. Spirtli və narkotik maddələrin insan sağlamlığına olan ziyanı
    4. Yol təhlükəsizlik qaydaları
    5. İctimai yerlərdə yanğın təhlükəsizliyi və yanğın qarşısının alınması

Müsabiqənin şərtləri belədir:

  • İştirakçılar 14 yaşdan yuxarı olmalı;
    • Müraciətlər fərd və ya qrup şəklində ola bilər;
    • Müsabiqəyə həm peşəkar, həm də həvəskarlar qatıla bilər;
    • İştirakçılar yalnız Qaradağ rayonunda yaşayan Gənclər müraciət edə bilər;
    • İştirakçılar hər biri müsabiqədə yalnız bir mövzu üzrə iştirak edə bilərlər.

Göndərilən işlər müsabiqənin şərtlərinə uyğun gəldiyi halda müəlliflər iştirakçı statusu qazanmaları haqda məlumatlandırılacaqlar.

Hər nominasiya üzrə 3 ən yaxşı iş seçiləcək və qaliblər 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü münasibətilə keçiriləcək tədbirdə qiymətli hədiyyələr və diplomla mükafatlandırılacaqlar.

Video müsabiqədə isə materiallar maksimum iki dəqiqə, şəklində təqdim olunmalıdır. Video materiallar “WeTransfer” vasitəsilə məzmun yerinə VİDEO yazılaraq [email protected] email ünvanına göndərilməlidir. Həmin ünvana müəllifin və ya prodakşının adı, əlaqə vasitələri, işin adı, video haqqında qısa məlumat təqdim edilməlidir. Video materiallar MP4 formatda Qaradağ Gənclər Evinə  (ünvan: Bakı şəh. Qaradağ ray. Sahil qəs. M.Seyidov 35 K) disk şəklində də təqdim edilə bilər. Video materiallarda arxiv videolardan, müxtəlif televiziya kanallarına məxsus kadrlardan qismən istifadəyə yol verilir. Mənəvi, etik normaları pozan, zorakılığı və insan psixologiyasına mənfi təsir edən digər səhnələri əks etdirən video materiallar və müsahibə qəbul edilmir. Video materiallar 2019-cu il aprel ayının 23-dək təqdim edilməlidir.

Birinci yerin sahibi 300, ikinci yeri tutan 200, üçüncü yerə layiq görülən isə 100 manat dəyərində  ükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)