2 Oktyabr 21:20

“Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilir.

Bakı şəhərində baş tutacaq layihənin icrasının başlıca məqsədi tələbə və gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

Layihə çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 30 gənc iştirakçıya 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaqdır.

 

İştirak üçün müraciət:

16-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.

İştirak üçün müraciət etmək istəyənlər 08 oktyabr 2017 –ci il tarixinə qədər aşağıdakı ərizə formasını tam dolduraraq müraciət edə bilərlər.

Mob : 0553911521
Email: [email protected]

Qeydiyyat linki https://goo.gl/forms/HODGHjidQKHITcZe2

Bəyən və paylaş

Rəylər

rəy(lər)