21 Yanvar 19:55

“Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilib

19 yanvar 2019 – cu il tarixində Bakı şəhəri Binəqədi rayon Gənclər evində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhlükəsiz yol, yaxşı yol” adlı layihəyə start verilib.

Layihənin açılış mərasimində Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Rəvanə Əliyeva, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev və “BELC” təhsil kompleksinin direktoru Xalidşah Səlimov iştirak etmişdir.

İlk növbədə qonaqları və iştirakçıları salamlayan “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev qeyd etmişdir ki, layihənin icrasının başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

Sonra çıxış üçün söz  qonaqlara verildi.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Rəvanə Əliyeva  və  Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev çıxış edərək bu istiqamətdə keçirilən layihələrin önəmli olduğunu və daim maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etmişdir. Onlar  Bakı Nəqliyyat Agentliyinin keçirdiyi yeni layihələr və görülən işlər barəsində iştirakçıları məlumatlandırmış və onların suallarını cavablandırmışdır. Layihə iştirakçılarına Bakı Nəqliyyat Agentliyi tərəfindən hədiyyələr təqdim olunmuşur.

Sonda söz “BELC” təhsil kompleksinin direktoru və eyni zamanda “Təhlükəsiz yol, yaxşı yol” təlimçisi Xalidşah Səlimov çıxış edərək, layihədə nəzərdə tutulan dərs proqramı haqqında iştirakçıları məlumatlandıraraq, onlara uğurlar arzu etdi.

Qeyd edək ki, bir ay müddətində davam edəcək layihədə təcrübəli ekspert və təlimçilər tərəfindən 50-yə yaxın gənc iştirakçıya 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaqdır.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)