Cümə axşamı, 21 Avqust, 2025

Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsində mütəxəssis vakansiyası


  • Dərc edildi: 30 Sentyabr, 2021 - 08:32
Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsində mütəxəssis vakansiyası

ABB Təhlükəsizlik departamentinin Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Görəcəyiniz işlər:

  • Video müşahidə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
  • Yanğın mühafizə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
  • ATM və İnkasator avtomobillərinin video müşahidə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
Bizim üçün uyğun namizəd:
  • Ali və ya orta ixtisas təhsilli;
  • Təhlükəsizlik sistemlərin quraşdırılması sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
  • Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
  • Detallara diqqət yetirmə bacarığına sahib olan;
  • Məsuliyyətli və intizamlı.
  Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis")   İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Əlavə məlumat üçün: www.abb.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 230
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 36
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7147
Sumqayıt Dövlət Univ...