Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis vakansiyası

ABB Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Video müşahidə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
  • Yanğın mühafizə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
  • ATM və İnkasator avtomobillərinin video müşahidə avadanlıqlarının quraşdırılması və texniki xidmət;

Bizim üçün uyğun namizəd:

  • Ali və ya orta ixtisas təhsilli;
  • Təhlükəsizlik sistemlərin quraşdırılması sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
  • Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
  • Detallara diqqət yetirmə bacarığına sahib olan;
  • Məsuliyyətli və intizamlı.

 

Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis”)

 

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.abb.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir