26 İyul 20:28

Təhsil Avtobusu 2000 km səyahət etdi

Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində artıq üçüncü ildir ki, həyata keçirilən “Təhsil avtobusu – 2018” yay məktəbi layihəsi başa çatıb.

Yay məktəbinin iyulun 16-da təhsil nazirinin müavini, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə tədbiri keçirilib. Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov Yay məktəbinin şagirdlərin şəxsi inkişaflarına, eləcə də dünyagörüşünün formalaşmasına təsir etmək, dərslərinə olan maraqlarının artmasına şərait yaradacağını vurğulayıb və layihə heyətinə uğurlar arzulayıb.

İyulun 17-dən start verilən layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 18  kənd, 17  şəhər məktəbindən dərs göstəricisi orta və zəif olan ümumilikdə 140-a yaxın şagird iştirak edib. Bu məktəblər sırasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə kəndlərdə tikilən modul tipli məktəblər də olub.

Yay məktəbi müddətində şagirdlər “Mənim uğurlu karyeram”, “Kommunikasiya”, “Robotlarla iş”, “Sığorta” adlı təlimlərdə iştirak ediblər və “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Code Tusi” komanda oyununa oyununa qatılıblar.  Həmçinin hər bir bölgədə şagirdlər üçün “Ekspo 2025 Bakı” layihəsinin təqdimatı keçirilib.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

Qeyd edək ki, 2016 və 2017-ci ildə keçirilən “Təhsil Avtobusu” yay məktəbləri nəticəsində16 gün ərzində 4000 km yol qət edilmiş, Bakı və 10 rayonun (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala) 12 şəhər və 13 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbə cəlb edilmiş, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilmişdir.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsasvdəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi” , “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilib.

Layihənin rəsmi informasiya dəstəkçiləri “1news.az”, “ARB TV” və “Təhsil TV”-dir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)