Təhsil Avtobusu – Nəsimi” sərhəd və sərhədə yaxın bölgələrdəki şagirdlər üçün səfər edəcək

Təhsil Avtobusu – Nəsimi” sərhəd və sərhədə yaxın bölgələrdəki şagirdlər üçün səfər edəcək

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam, Şərq-Qərb ASC əməkdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı, İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal, Fam Tram media və informasiya  tərəfdaşlığı ilə “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində 23-29 İyul 2019-ci il tarixlərində Nəsimi ilinə həsr olunan “Təhsil Avtobusu – Nəsimi” yay məktəbi keçiriləcək. “Təhsil Avtobusu – Nəsimi” Bakı şəhərindən yola düşərək Bakı-Qusar-Astara-Cəbrayıl Cocuq Mərcanlı kəndi-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək.

Nəsimi ilinə həsr olunan Yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır. Yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək  peşə, incəsənət, natiqlik, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.

Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur və 2016, 2017, 2018-ci illərdə keçirilən “Təhsil Avtobusu” yay məktəbi nəticəsində 6000 km yol qət edilmiş, Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird cəlb edilmiş, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilmişdir.

“Azərbaycan üçün Öyrət’’ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

Bir cavab yazın

Back to top button