8 Avqust 17:35

“Təhsil Biznesinin qurulması, idarə edilməsi və inkişafı” təlimi

“Edu-Business Prime”

“Təhsil Biznesinin qurulması, idarə edilməsi və inkişafı” təlimi

1-ci hissə (3 saat)

Təlim 1. Bazar analizi, təhsil məhsullarının təyini və maya dəyərinin hesablanması
Təlim 2. Satış sisteminin qurulması, Menecer yetişdirmə proqramı
Təlim 3. Təhsil biznesinin dəyərlər kodeksi
Təlim 4. Gəlir və xərc planlaması
Təlim 5. İşlərin elektron sisteminin qurulması
Təlim 6. Brendinq və marketinq

Nahar- 1 saat

2-ci hissə (3 saat)

Təlim 1 : Krizis dövründə təhsil biznesinin idarə olunması
Təlim 2 : Krizis dövründə müştəri əlaqələrinin qurulması və reformasiya
Təlim 3 : İşçi heyətinin idarə olunması və effektivliyin artırılması
Təlim 4 : Qərar vermə və strateji planlama

Alt başlıqlar :

– Bazar seqmentasiyası
– 4P analizi
– Nağd pul axını cədvəli
– Gamification konsepti
– “Toxunma nöqtələri” konsepti
– Müştəri profili
– Büdcəyə qənaət planı
– Riskin idarə olunması və krizisin idarə olunması arasındakı fərqlər
– Krizisdə kommunikasiya
– Krizisin növləri
– Biznesin davamlılığının idarə olunması
– Fors major hadisələrin idarə edilməsi
– Sosial medianın krizisin idarə olunmasında yeri

Təlimçilər haqqında:

Elvin Dadaşsoy,
“Sıfırdan biznesin qurulması” üzrə Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisidir. Bu proqram üzrə 53 nəfər tələbəyə dərs vermişdir. O, 2013-cü ildə öz təhsil mərkəzini açmış, indiyədək 12 təhsil mərkəzinin qurulması və idarə edilməsində iştirak etmişdir. Həmin təhsil bizneslərinin 11-i öz fəaliyyətini uğurla davam etdirir.
Hazırda təsisçisi olduğu Panda School brendi üzrə özünün 2 ofisi, francayz üsulu ilə açılan 7 digər ofis fəaliyyət göstərir.

Nərgiz Nəcəfli, (Aleksandra)
25-dən çox şirkətdə İngilis dili müəllimi, IELTS müəllimi, IELTS müəllimlərinin təlimçisi, Layihə meneceri, İcraçı Direktor, Biznes İnkişaf Direktoru vəzifələrində çalışmışdır.(yerli və xarici)

2015-ci ildən etibarən həmtəsisçi(2) və təsisçisi (1) olduğu 3 şirkətin ( 2 Təhsil Mərkəzinin ) eyni zamanda direktoru olaraq çalışıb.

İstanbuldakı fəaliyyəti müddətində 70+ ölkədaxili və xarici şöbələrin idarəsini həyata keçirən komitənin üzvü olmuş və imtahan şöbəsinin (IELTS, TEOFL,SAT,GRE,GMAT,Proficiency) qurulmasını həyata keçirmişdir.

Business Development Specialist olaraq Chefs restoranlar şəbəkəsində (İstanbul) çalışmış, hazırda Headway LD –də Business Development Director olaraq fəaliyyət göstərməkdədir.

Təlimdə iştirak edə bilər :

– Təhsil sektorunda şəxsi biznesin sıfırdan qurulmasında və idarəsində maraqlı olan şəxslər (müəllimlər, iş adamları və s.)
– Təhsilin idarə olunmasında maraqlı məktəb, universitet, dil kursları, təlim mərkəzlərinin idarə heyəti,
– Krizisdə biznesin idarə olunmasında maraqlı olan sahibkarlar və menecerlər

Tarix: 19 avqust, 2018-ci il, 09:30-17:00

Ünvan: Premier Expo Hotel

Əlaqə tel: 0512250779

Təlimin ödənişi: 70 AZN-dir. Təlimə qeydiyyatdan keçmək üçün LINK linkini doldurmanız yetərlidir. Bilet sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmənizi xahiş edirik. Biletlər ünvana çatdırılır. Ödənişə tədris vəsaitləri, oteldə nahar fasiləsi daxildir.

Təşkilatçılar: Headway Language & Development və Dadashsoy Business School

Bəyən və paylaş

Rəylər

rəy(lər)