Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı

2-25 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı təşkil ediləcək. Konfransa təhsilin idarə olunması üzrə çalışan yerli və beynəlxalq tədqiqatçılar, alimlər, təhsil işçiləri, doktorantura və magistratura tələbələri dəvət olunurlar.

Konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutaraq bu sahədə qarşıda duran vəzifələri işıqlandırmaq məqsədi daşıyır.

Bu məqsəd, həmçinin təhsil idarəçiliyinin mövcud vəziyyətinin təhlilini, bu sahədəki tədqiqatlarla, həlli vacib hesab edilən məsələlərin çıxış yolları ilə bağlı elmi cəhətdən əsaslandırılmış təkliflərlə tanışlıq, yerli və beynəlxalq təcrübələrin mübadiləsinə şərait yaratmaq və bu istiqamətdə yeni tədqiqatlara çağırış etmək ideyalarını əhatə edir.

Ödənişsiz əsaslarla keçiriləcək konfransda təhsil işçiləri və təhsil sahəsində tədqiqat aparanlar həm spiker, həm də dinləyici olaraq iştirak edə bilərlər. Spiker kimi iştirak etmək istəyənlər tezislərin qısa xülasəsini 25 mart 2021-ci il tarixinədək təqdim etməlidirlər. Konfransın Elmi Komitəsi tərəfindən müsbət qiymətləndirilən tədqiqatların müəllifləri konfransda çıxış hüququ əldə edəcəklər.

Konfrans materiallarından ibarət məcmuə elektron variantda (pdf formatında) iştirakçılara göndəriləcək. Seçilmiş məqalələr “Azərbaycan Məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək.

Konfrans T-Network platforması üzərindən online formatda keçiriləcək.

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.

Xülasələrin təqdim olunması üçün son tarix: 25 mart 2021-ci il

Yekun tədqiqat işinin təqdim olunması üçün son tarix: 10 aprel 2021-ci il

Konfrans tarixi: 22-25 aprel

Müraciət anketi: http://bit.ly/3qj8l2q

Mövzular:

– Təhsildə liderlik

– Distant təhsilin idarə olunması

– Təhsildə keyfiyyətin təminatı

– Təhsilin idarə olunmasının beynəlxalq modelləri

– Təhsildə qiymətləndirmənin təşkili

– Təhsilin iqtisadiyyatı

– Təhsildə planlaşdırma

– İnklüziv və xüsusi təhsil idarəçiliyi

– Peşə təhsili və idarəçilik

Tezislərin tərtibinə qoyulan tələblər: 

– Yazı formatı – Times New Roman, 12 pt. 2.0 sətir arası;

– Səhifənin formatı – A4;

– İstinadlar – APA 7 formatı;

– Tezisin qısa xülasəsi (məqsəd, problem, metodologiya, tədqiqat nəticələri, töhfə, təkliflər və yekun) – 500 söz;

– Açar sözlər – 5 söz, tezisin yazıldığı dildə;

– Tezisin mətni və ədəbiyyat siyahısı;

Xülasələri qiymətləndirmə meyarları:

1. Tədqiqatın konfransın mövzularına uyğun olması;

2. İstifadə olunan tədqiqat metodunun düzgün seçilməsi və əsaslandırılması;

3. Nəticələrin tədqiqat metoduna uyğun analiz edilməsi, aydın və səlis izahı;

4. Sahəyə töhfəsi və əhəmiyyəti;

5. Açar sözlərin tədqiqata uyğunluğu.

Təşkilat komitəsi:

Dr. Elnur Nəsibov

Dr. Rüfət Əzizov

Dos. Semra Kıranlı Güngör (Türkiyə Respublikası)

Əkbər Aslanov (Amerika Birləşmiş Ştatları)

Leyla Məsimli (Cənubi Koreya)

Tofiq Əhmədov

İlkin Həsənov

Arzu Soltan

Fəttah Fəttayev

Qoşqar Məhərrəmov

Cəfər Mənsimi

Arif Nəcimov

Elmi komitə:

Professor Youngsoon Kim (Cənubi Koreya)

Professor Lewis Travis (Amerika Birləşmiş Ştatları)

Dos. Semra Kıranlı Güngör (Türkiyə Respublikası)

Dr. Vəfa Kazdal

Dr. Könül Abaslı

Dr. Rza Məmmədov

Qoşqar Məhərrəmov

Abdulxaliq Məmmədli

Əlaqə:

E-mail: [email protected]

Web: http://tnetwork.az/

Bir cavab yazın

Back to top button