13 Noyabr 20:36

Təhsil İnstitutu tədqiqat bacarığı olan mütəxəssislərin seçimi üçün müsabiqə elan edir.

Təhsil İnstitutu haqqında qısa məlumat:  Təhsil İnstitutu fəaliyyətini müxtəlif istiqamətlər üzrə tənzimləyir. Bu istiqamətlərə təhsilin bütün pillələri üzrə məzmun və qiymətləndirmə standartlarının hazırlanması, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının aparılması, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi, o cümlədən aktual təhsil məsələlərinin araşdırılması daxildir.

İş haqqında məlumat: Müvafiq mütəxəssislər Təhsil İnstitutunun fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif mövzularda tədqiqat təklifləri yazır, tədqiqatlar aparır, hesabatlar tərtib edir və tədqiqat nəticələrinə əsaslanan siyasət tövsiyələri hazırlayır.

Tələblər:

  • Tədqiqat (kəmiyyət və keyfiyyət) üzrə dərin biliklər
  • Məlumatların təhlili bacarığı
  • Uyğun kompüter proqramları üzrə biliklər
  • Azərbaycan və ingilis dillərində səlis yazı bacarığı
  • Güclü şifahi və yazılı ünsiyyət bacarığı
  • Təhsil siyasəti üzrə biliklər
  • Təhsil sahəsində işləmək həvəsi

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 30.11.2019 tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Tədqiqat üzrə mütəxəssis Edumap.az” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqdı

Bəyən və paylaş