25 Fevral 10:10

“Təhsil: Inteqrasiyadan iştiraka” mövzusunda mühazirə

ABŞ universiteti nümayəndəsi Bakıda!

Sizi ABŞ Səfirliyinin Spiker Proqramı çərçivəsində Bakı Amerika Mərkəzində keçiriləcək və Corctaun Universitetinin Professoru, Dr. Tobi Lonq tərəfindən təqdim ediləcək “Təhsil: Inteqrasiyadan iştiraka” mövzusunda mühazirəyə dəvət edirik!

Bütün dünyada ən yaxşı təcrübələr əlil insanların cəmiyyətin bütün tərəflərinə inteqrasiya olmalarını dəstəkləyir. Hökümət agentliklərinin siyasi şərhləri, tədqiqat universitetləri, müdafiə təşkilatları, qeyri-hökümət təşkilatları, cəmiyyətə daxil olmağı dəstəkləyirlər.

Gündəlik fəaliyyətlərdə iştirak, cəmiyyətə daxil olmağı əhəmiyyətli etmək üçün vacibdir.İştirak üçün vacib olan detallar, təhsilin və pedaqoqların əhəmiyyətli rolu haqqında olan müzakirədə təqdim ediləcəkdir.

Mühazirə zamanı hərtərəfli iştirak üçün lazım olan əsas nəticələr müzakirə olunacaqdır.

🗣 Spiker haqqında:

Tobi Lonq Corctaun Universitetinin Pediatriya Fakültəsinin professoru, Uşaq və İnsan İnkişafı Mərkəzinin və İnkişaf Məhdudiyyətlərində Mükəmməllik üzrə Universitet Mərkəzinin təlim direktoru, Erkən Müdaxilə üzrə Məzun Sertifikat Proqramının direktorudur.

Dr. Lonq məhdudiyyətli və xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət üzrə dünyaca məşhur spiker və məsləhətçidir. O, “Pediatrik Fiziki Terapiya” kitabının müəllifidir.

Mühazirədə iştirak ödənişsizdir.

İŞTİRAK ETMƏK ÜÇÜN QEYDİYYAT FORMASI: https://goo.gl/forms/zqJKYLsOAaafGXn02

Təhsil işçiləri, rəhbərlər, məktəb müəllimləri, psixoloqlar, valideynlər və maraqlı olan hər kəs dəvətlidir!

🗓 1 mart
🕓 17:30
⏳ 1.5 saat

📍 R. Behbudov, 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, Bakı Amerika Mərkəzi
☎ (012) 441 36 80 / 441 22 79 (124)
📧 [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)