12 İyul 17:54

Təhsil mərkəzi General English, IELTS, TOEFL, SAT müəllimliyi vəzifələrinə vakansiyalar elan edir

UP Academy təhsil mərkəzi General English, IELTS, TOEFL, SAT müəllimliyi vəzifələrinə vakansiyalar elan edir. 

İş barədə məlumat:

– Tələbələrə danışıq dili daxil olmaqla, IELTS,TOEFL və ümumi ingilis dilinin tədrisi

– Qrupları idarə etmək, tələbələrə təslim ediləcək materialların hazırlanmaq

– Testlər, imtahan materiallarını və gündəlik dərs proqramlarını hazırlanmaq

– Tələbələrin tədris edilən proqramları mənimsəmə səviyyəsini həftəlik və aylıq olmaqla qeydiyyata alaraq bu barədə aylıq iclaslarda hesabat vermək

– Up Academy tərəfindən təşkil ediləcək ixtisasartırma təlimlərində iştirak etmək

– Danışıq klubunda, oyun günlərində və ingilis dilində filmlərin nümayişindən sonrakı müzakirələrdə iştirak etmək

Namizədə tələblər:

– Bakalavr təhsili və ya Magistr təhsili (İngilis dili müəllimliyi və ya digər əlaqəli ixtisaslar arzuolunandır)

– Peşəkar səviyyədə ingilis dili biliyi

– Minimum 1 il iş təcrübəsi

– Qabaqcıl ünsiyyət bacarıqları 

– IELTS,TOEFL,TEFL,CELTA,TESOL kimi beynəlxalq sertifikatların olması arzuolunandır

Vakansiyalar ilə maraqlanan namizədlər yeni və perspektivli komandamıza qoşulmaq üçün CV-lərini və ingilis dilində yazılmış qısa motivasiya məktublarını [email protected] electron ünvanına göndərə bilərlər.

Ünvan: Bakı şəh. Bünyad Sərdarov küç. (İçərişəhər metrosu, Axundov bağının yanı)

Əlaqə vasitələri: (012) 492-67-18 ; (050) 555-11-40

Bəyən və paylaş

Rəylər

rəy(lər)