24 Oktyabr 18:11

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi “könüllü” qəbulu elan edir

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi “könüllü” qəbulu elan edir.

Dinamik, enerji dolu, çalışqan və özünü bir kollektivin parçası olaraq görmək istəyən tələbələri İdarəmizdə könüllü kimi fəaliyyətə dəvət edirik. Könüllü kimi fəaliyyətə başlayaraq siz həm fərdi, həm də peşəkar inkişafınıza yatırım edə bilərsiniz.

Öhdəliklər

– İdarədaxili inzibati işlərin təşkili;

– İdarədaxili arxiv sənədlərinin qeydiyyatının aparılması və rəhbərliyə təqdim olunması;

– Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

– Tələbə olmaq;

– Mükəmməl səviyyədə Azərbaycan dili biliyi;

– Yaxşı səviyyədə ingilis dili və ya rus dili biliyinin olması arzuolunandır;

– Yüksək ünsiyyətqurma qabiliyyəti;

– MS Office proqramlarında işləmək bacarığı;

– İşində dəqiq və məsuliyətli olmaq.

İş qrafiki Tələbələrin vaxtına uyğun iş qrafiki tərtib olunacaqdır.

Könüllü kimi işləyərək əldə edəcəkləriniz:

– Müxtəlif əmək vərdişlərinə yiyələnərək növbəti iş həyatına uğurlu bir keçid üçün təcrübə; – Müsbət xasiyyətnamə/tövsiyə məktubu;

– Könüllülük fəaliyyəti ilə əlaqəli xüsusi sertifikat.

CV-lərinizi mövzu hissəsində “Könüllü Edumap.az” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)