15 May 18:28

Təhsil Nazirliyinin “BİR”  tələbə-könüllüləri para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışlarına dəstək verdi

Təhsil Nazirliyinin “BİR”  tələbə-könüllüləri para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışlarına dəstək verdi

13-14 may 2019-cu il tarixlərində Heydər Əliyev adına İdman Sarayında keçirilən “İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq para cüdo yarışlarının təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək veriblər.

40-a yaxın ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə 90-a yaxın yüksək dil biliyinə malik “BİR” tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması,mükafatlandırma mərasimi, tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli “BİR” koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib.

“İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq para cüdo yarışlarının hər bir hissəsində iştirakçılar Təhsil Nazirliyinin “BİR”  tələbə-könüllülərinin dəstəyindən faydalanıblar. Sonda bütün “BİR” tələbə-könüllülərə təşəkkür edilib və xatirə şəkli çəkilib.

Həmçinin “BİR” tələbə-könüllülər 16 mayadək yarış iştirakçılarının müşayiəti və ölkələrinə yola salınması ilə əlaqədar fəaliyyət göstərəcəklər.

Beynəlxalq turnirə təşkilati və könüllü dəstəyi Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən verilib.Tədbir üçün müraciət edən 350-dən çox tələbə-könüllü arasında xüsusi seçim və müsahibə mərhələsi keçirilib. Seçilən tələbə-könüllülər üçün Beynəlxalq turnirdən öncə təlim prosesi həyata keçirilib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 450-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)