Təhsil Nazirliyinin saytında yeni "Təqvim" bölməsi yaradılıb

Təhsil Nazirliyinin saytında yeni "Təqvim" bölməsi yaradılıb

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın təmin edilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində yeni "Təqvim" bölməsini istifadəyə verib.   Yeni bölmədə vətəndaşlar Təhsil Nazirliyinin il ərzində keçirəcəyixidmətlər və tədbirlər barədə məlumat əldə edə, müvafiq olaraq onların başlama və bitmə tarixləri ilə tanış ola bilərlər.   Yeni bölmə ilboyu həyata keçiriləcək tədbirlərin tarixini əks etdirərək vətəndaşların tədbirin statusu ilə bağlı məlumat əldə etməsində faydalı olacaq. Eyni zamanda bölmədə təhsil pilləsinə, statusuna, başlama və bitmə vaxtına görə tədbirin daha asan tapılması məqsədilə filter xidməti də əlavə olunub. Bölmədə qeyd olunan tədbirlərin vaxtı il ərzində prosesin gedişatı ilə bağlı olaraq dəyişə bilər. Bu məqsədlə hər hansı bir tədbirin vaxtından xəbərdar olmaq üçün vətəndaşların mütəmadi olaraq bölməyə nəzər yetirmələri tövsiyə edilir. Bölmə ilə tanışlıq üçün bu keçiddən istifadə edə bilərsiniz:https://edu.gov.az/az/calendar __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az