5 Fevral 12:17

Təhsil sahəsinə və təhsilin inkişafına maraqlı olanlar üçün könüllülük proqramı

Təhsil sahəsinə və təhsilin inkişafına maraqlı olanlar üçün könüllülük proqramı

EDUGrata Təhsil Mərkəzi “Könüllülər ili” münasibəti ilə təhsilə marağı olan və bu sahəyə şəxsi bacarıqlarını yatırım etmək istəyən gənclər üçün könüllülük (təcrübə) proqramı təşkil edir.

Proqramın tərkibi:

– Tədris alan şagirdlərlə gəzintilərin, yarışların təşkili, info turlar

– Tədrisdə geri qalan şagirdlərə fərdi yanaşma və inkişaf yollarının təklifi

– Tədrisçi müəllimlərlə birgə sosial fəaliyyət

– Valideyn və müəllimlər arasında sorğuların keçirilməsi və mövcud problemlərin aşkarlanıb həll yollarının təklifi

– Test və dərs materiallarının hazırlanması, təkmilləşdirilməsi və yeni ideaların təhlili

– Daxil olan müraciətlərin icrası

– Şagirdlərin davamlı motivasiyasının yüksək tutmaq üçün seminarların təşkili

– İxtisas seçimi, Universitet seçimi üçün informativ seminarlar

Proqram iştirakçıları üçün gözləntilərimiz:

– Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;

– Öyrənmək və araşdırmaq qabiliyyəti;

– minumum başlanğıc səviyyə MS Office (Word, Excel əsasən) biliyi tələb olunur;

– Vətənini və millətini sevən, özündən yaşda balaca insanımıza yatırım eləməyə hazır olan şəxslər;

– İlk öncə sevməyi və sevdirməyi bacaran şəxslər;

– İşini bitirmədən ondan əl çəkməyən, işini görən deyil, işini doğru görən şəxslər.

Bizimlə birgə arzuladığı təhsili qurmaq istəyənlər üçün:

– Səmimi, öyrənməyi və öyrətməyi sevən komanda;

– Fərdi və komanda şəklində inkişaf;

– Gələcək karyera üçün gözəl iş imkanları və əlaqələr;

– Çox uzatmaq istəmirəm bu hissəni, sadəcə gəlin və özünüz dəyərləndirin.

Proqramın şərtləri:

– iş saatı deyə bir anlayışımız yoxdur. Sadəcə işimizi bitirmək prinsipimiz var.

– Günorta yeməyi şirkət tərəfindən təmin olunur.

– İstənilən ixtisas sahibi, tələbə və ya məzun olmuş şəxslər müraciət edə bilər

– Proqramın müddəti 3 ay nəzərdə tutulub.

– Aşağıda göstərilən formu doldurun və gələcək planlarınız haqqında 5-10 cümləlik məktub yazmağınız xahiş olunur.

Qeydiyyat formu:

shorturl.at/ijtX9

Ətraflı məlumat üçün:

EDUGrata Təhsil Mərkəzi (Nəsimi filialı)

070 253 2929

070 263 2929

077 225 2905

6-cı mkr., Cavadxan küç. 80., Göz xəstəxanası ilə Nəsimi m/s arasında ( parkla üzbəüz ).

EDUGrata kids school (Xalqlar filialı)

077 225 2907

012 515 2907

Xalqlar Dostluğu, B. Nuriyev küç., 85.

(251 N. məktəbin yanı)

Bəyən və paylaş