28 Sentyabr 22:35

Təhsil şirkəti Gəncə şəhərində yerləşən kurslarına Riyaziyyat müəllimi vəzifəsi üçün vakansiya elan edir

“Kaspi” təhsil şirkəti Gəncə şəhərində yerləşən Kaspi Abituriyent kurslarına azərbaycan bölməsi üzrə Riyaziyyat müəllimi vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə ali pedaqoji təhsil;
  • Sahə üzrə orta məktəbdə ən azı 2 illik pedaqoji təcrübə;
  • Minimum 2 illik repetitorluq fəaliyyəti.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Sinfin idarə edilməsi bacarığı;
  • Abituriyent və valideynlərlə çalışmaq qabiliyyəti;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

 “Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı;
  • Fərdi inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş saatları: Dərs cədvəllərindən asılı olaraq

İş yeri: Gəncə filialı (Ünvan: Gəncə şəhəri, Əhməd Cəmil küçəsi 1, döngə 3)

Elan tarixi: 20 Sentyabr 2017

Son müraciət tarixi: 30 Sentyabr 2017

 

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)