24 Noyabr 23:08

Təhsil Şirkəti HƏKİM vəzifəsi üzrə vakansiya elan edir

Vakansiya:

Həkim

Vakansiya tələbləri:

  • Ali tibb təhsili;
  • Tibb sahəsində minimum 1 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Uşaqların sağlamlığının mühafizəsi haqqında məlumatlı olmaq;
  • Uşaqlara göstərilən ilkin təcili tibbi yardımın, dərman yardımının müayinə və diaqnostika üzrə peşəkar fəaliyyət prinsiplərini bilmək;
  • Sanitar-profilaktika qaydalarını bilmək;

Vəzifə öhdəlikləri:

  • Uşaqlarda müşahidə edilən xəstəliklərin ilkin müayinə və diaqnozunun təyin edilməsi;
  • Ehtiyac yarandıqda ilkin tibbi yardım göstərmək;
  • Uşaqlara təqdim edilən qidaların sağlamlığına və təhlükəsizliyinə nəzarət etmək;
  • Bağçada gigiyenik-sanitar qaydalara əməl olunmasına, paltar və dəyişəklərin təmiz saxlanılmasına nəzarət etmək;
  • Tibbi dərmanların və sarğı materiallarının siyahısının hazırlanması, vaxtında alınmasına  və saxlanma qaydasına nəzarət etmək;
  • Uşaqların gigiyenik tərbiyəsinin və sağlam həyat tərzinin təbliğinin təşkilində iştirak etmək.

İş qrafiki:

5 günlük / saat 08:30 – 17:30

İş yeri: Bakı şəhəri, “Kaspi” Təhsil Şirkəti

Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı

Elan tarixi: 14.11.2017

Son müraciət tarixi:   14.12.2017

Maraqlananlar aşağıdakı onlayn müraciət formasında vəzifə bölməsində iddia etdiyi vəzifəni seçməklə işə müraciət edə bilərlər.
​Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)