15 Noyabr 17:59

Təhsil Şirkəti ingilis dili fənni üzrə müəllimlərin işə qəbulunu elan edir

“Kaspi” Təhsil Şirkəti ingilis dili fənni üzrə “Kaspi” təhsil mərkəzlərinə müəllimlərin işə qəbulunu elan edir

Minimum vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə minimum bakalavriat dərəcəsi;
  • Sahə üzrə orta məktəbdə ən azı 2 illik pedaqoji təcrübə;
  • Minimum 2 illik repetitorluq fəaliyyəti.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Sinfin idarə edilməsi bacarığı;
  • Abituriyentlərlə çalışmaq qabiliyyəti;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı;
  • Fərdi inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Böyük, mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

 

İş şərtləri:

İş saatları:  Dərs cədvəllərindən asılı olaraq saathesabı
İş yeri:  Bakı şəhəri, “Kaspi” təhsil mərkəzləri
Elan tarixi: 12.11.2018
Son müraciət tarixi: 25.11.2018

 

  • Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)