Təhsil Şirkəti kiçik mühasib vəzifəsi üzrə vakansiya elan edir

“Kaspi” Təhsil Şirkəti kiçik mühasib vəzifəsi üzrə vakansiya elan edir.

“Kaspi” Təhsil Şirkəti kiçik mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:

  • Müəssisə üzrə daxil olan və çıxan pul vəsaitlərinin, əmtəələr və mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında və düzgün mühasibat uçotunda əks etdirilməsini təmin etmək, onların inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;
  • Xərc smetalarının icrasını, görülən iş və xidmətlərin uçotunu aparmaq;
  • Müəssisənin göstərdiyi məhsul və xidmətlərin maya dəyərinin hesablanması üzrə tövsiyələr vermək və məlumatla təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək və prosesə nəzarət etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq Müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Müəssisənin əmək haqqı fondunun xərclənməsinə nəzarət etmək;
  • Müəssisənin aylıq və illik maliyyə hesabatlarının hazırlanması üzrə tövsiyələr vermək və lazımi dəstək göstərmək;
  • Müəssisənin ödənişlərinin vaxtında yığılması və ya ödənilməsini təşkil etmək, gecikdirilən ödənişlərlə bağlı müvafiq tədbirlər görmək;
  • Digər tapşırılan mümkün vəzifələri yerinə yetirmək.

Vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • MS Office proqramlarından yüksək istifadə bacarığı;
  • 1C proqramından istifadə bacarığı.

 

Əlavə məlumatlar:

  • İş qrafiki: I-V günlər  09:00-18:00
  • İş yeri: Bakı ş., “Kaspi” Müəssisəi
  • Elan tarixi: 17.09.2020
  • Son müraciət tarixi: 01.10.2020

Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərl

İŞƏ MÜRACİƏT FORMASI

Bir cavab yazın

Back to top button