14 Oktyabr 21:17

Təhsil Şirkəti Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir

“Kaspi” Təhsil Şirkəti Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
  • Şirkətə daxil olan zəngləri cavablandırmaq və digər bölmələrə aid olan müraciətləri
təyinatı üzrə yönləndirmək;
  • Ofisə gələn müştərilər və qonaqları qarşılamaq, onlara xüsusi diqqətlə yanaşmaq və
yüksək keyfiyyətli xidmət və yardımının göstərilməsini təşkil etmək;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və onların istəyinə uyğun köməklik
göstərmək və ya müvafiq istiqamətə yönləndirmək;
  • Müştərilərə Şirkətin məhsul və xidmətləri barədə məlumat vermək;
  • Şirkətə daxil olan zənglərin, müraciətlərin və müştəri məlumatlarının qeydiyyatını
aparmaq və mütəmadi olaraq yeniləmək;
  • Tələbələrin ödənişlərinin qeydiyyatını aparmaq və nəzarətdə saxlamaq;
  • Müştərilərin şikayətlərini araşdırmaq, ehtiyac olduğu halda rəhbərliyi və müvafiq şəxsləri
məlumatlandırmaq, müəllim və rəhbərliklə qaydalar çərçivəsində görüş təşkil etmək;
  • Filialın korporativ email və sosial media hesablarına daxil olan sorğu və müraciətləri
vaxtında cavablandırmaq;
  • Tapşırılan digər müvafiq işləri həyata keçirmək.
Vakansiya tələbləri:
  • Ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
  • Azərbaycan dilində səlis, rus dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı (ingilis dili
biliyi üstünlükdür);
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Yüksək təqdimat və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik.
Əlavə məlumatlar:
  • İş qrafiki: 5.5 gün
  • İş yeri: Bakı ş., “Kaspi” liseyi və “Kaspi” təhsil mərkəzləri
  • Elan tarixi: 12.10.2018
  • Son müraciət tarixi: 31.10.2018
Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)