Təhsil şirkəti rus bölməsi üzrə məktəbəqədər hazırlıq müəllimlərinin işə qəbulunu elan edir

“Kaspi” təhsil şirkəti rus bölməsi üzrə məktəbəqədər hazırlıq müəllimlərinin işə qəbulunu elan edir.​

Minimum vakansiya tələbləri:

  • Məktəbəqədər və ya İbtidai təhsil sahəsi üzrə bakalavr dərəcəsi;
  • Sahə üzrə bağça və ya məktəbəqədər təhsil müəssisələrində ən azı 2 illik pedaqoji təcrübə;
  • Məktəbəqədər təhsil üzrə dərin metodiki biliklər.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Sinfin idarə edilməsi bacarığı;
  • Azyaşlı uşaqlar və valideynlərlə çalışmaq qabiliyyəti;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

 “Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

  • Fərdi inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş şərtləri:

      Əmək haqqı:  500 AZN
      İş saatları: “
Kaspi” Uşaq Bağçalarında – I-V günlər, 8:00-17:00 və ya 9:00-18:00
Kaspi Kids-də – I-V günlər, qrupların sayından asılı olaraq
      İş yeri:  “Kaspi” Təhsil Şirkəti
Elan tarixi: 12.10.2017
Son müraciət tarixi: 12.11.2017

  • Maraqlananlar aşağıdakı onlayn müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
  • Müraciət formaları ilkin baxışdan müvəffəqiyyətlə keçən namizədlər iki və ya üç mərhələdən ibarət olan müsabiqəyə dəvət olunacaqlar.

İŞƏ MÜRACİƏT FORMASI

Rəylər

rəy(lər)