#
14 İyun 11:21

Təhsil Şirkətində “Qeydiyyatçı” vakansiyası

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 11 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və peşəkar inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasına başlamaq və karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Vəzifə öhdəlikəri:

  • Bağçaya daxil olan telefon zənglərinin və yazılı müraciətlərin cavablandırılması;
  • Bağçaya mütəmadi olaraq daxil olan zənglərin qeydiyyatının aparılması;
  • Bağçaya daxil olan müraciətlərin monitorinqinin və hesabatının aparılması;
  • Bağçaya daxil olan valideynlərin müraciətlərinin cavablandırılması və onlara şirkətin məhsul və xidmətləri barəsində məlumatın verilməsi;
  • Bağçaya yazılmaq istəyənlərin qeydiyyata alınması, müqavilə üçün lazım olan sənədlərin yığılması;
  • Müştərilərin ehtiyaclarınının müəyyənləşdirilməsi və onların istəyinə uyğun xidmətin seçilməsi üçün müvafiq istiqamətə yönləndirilməsi;
  • Uşaqların  dərs ödənişlərinin qeydiyyatının aparılması və nəzarətdə saxlanılması;
  • Tədbirlərin təşkilində dəstək göstərilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Minimum 1 il iş təcrübəsinin olması (müştərilərə xidmət və ya satış sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • Azərbaycan dilində səlis, rus dilində yaxşı səviyyədə danışıq və yazı bacarığının olması (ingilis dili biliyi üstünlükdür);
  • Ms Office (Ms Word, Ms Excel)  proqramlarında işləmək bacarığı;
  • Yüksək şifahi və yazılı ünsiyyət qabiliyyəti;
  • Yüksək təqdimat və problemləri həll etmə bacarığı.

Əlavə məlumatlar:

  • İş qrafiki:  I-V günlər 08:00 – 17:00 və ya 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri
  • Elan tarixi: 13.06.2018
  • Son müraciət tarixi: 01.07.2018

Maraqlananlar aşağıdakı  İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Qeyd: Yalnız CV-ləri ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)