Təhsil sistemində liderlik: müasir çətinliklər

Təhsil sistemində liderlik: müasir çətinliklər

Təhsildə liderlik anlayışı iyirmi ildən çoxdur ki, aktiv istifadə olunan termin olmasına baxmayaraq, müasir təhsildəki prinsip və metodların  yenilənməsinə ehtiyac nəzərə çarpacaq qədərdir. Təhsil idarəçilərinin yol verdikləri əsas yanlış odur ki, onlar ümümi idarəçilikdə olan və biznes üçün nəzərdə tutulmuş struktur və dəyərləri olduğu kimi təhsil sisteminə tətbiq edirlər. Yadda saxlamaq lazımdır ki, ümumi idarəçiliyin əsasları təhsil sistemindəki dəyərlərə uyğun şəkildə təşkil olunmayıb və buna görə də eyni sistemi təhsilə olduğu kimi tətbiq etmək olmaz. Bundan əlavə olaraq, nəzərə almaq lazımdır ki, bu tipli biznesyönümlü idarəçilik sistemləri İngilis-Amerikan ideoloji mühitində yaranıb və məhz buna görə digər ölkələrdə eynilə tətbiq oluna bilməz. Elə bu səbəbdən təhsili biznes idarəçiliyindən çıxarıb təhsil edarəçiliyinə gətirmək lazımdır.

Buş (2011) təhsil idarəçiliyini üç baxımdan səciyyələndirir: təsir, gələcək hədəflər,  dəyərlər.

Təsir

Əksər kitablarda “təsir” idarəçiliyin mərkəzi elementi hesab edilir. İdarəçilik  bir və ya bir qrup insanın fəaliyyət göstərdikləri müəssisənin hədəflərinə çatmaq üçün digər insanlar üzərində sosial təsiri nəticəsində baş verir. Bir çox araşdırmaçılar razılaşır ki, bəzi insanlarda başqalarına təsir edə bilmək bacarığı təbii şəkildə mövcuddur. Buş (2011) göstərir ki, başqalarına təsir etmək bacarığı idarəçilikdə səlahiyyətli olmaqla eyni anlayışlar deyil. Bu mənada, yalnız müəssisə rəhbərləri, məktəb rəhbərləri lider olmurlar, cəmiyyətin istənilən digər fərdləri lider ola bilər. Bunu da qeyd etməkdə fayda var ki, liderliyin sadəcə müassisə rəhbərlərinə aid olmaması təhsil baxımından faydalıdır. Bu səbəbdəndir ki, son illərdə “bölüşdürülmüş liderlik” təhsil ədəbiyyatlarında geniş istifadə olunmağa başlayıb. “Bölüşdürülmüş liderlik” dedikdə məktəbin və ya hər hansı bir müəssisənin bir neçə nəfər tərəfindən idarə olunması nəzərdə tutulur. Əfsuslar olsun ki, təhsil sistemində müəyyən müəssisənin idarəsi ilə məşğul olan və bölüşdürülmüş şəkildə idarəçilik edən liderlər də, müəyyən bir əsas idarəçi tərəfindən nəzarətdə saxlanılırlar və beləliklə də, bölüşdürülmüş idarəçiliyin effektivliyi israf olunmuş olur.

 

Gələcək hədəf

Təhsil idarəçiliyini gələcək hədəflərlə əlaqələndirmək bir sıra təhsil ədəbiyyatlarında tez-tez rast gəlinir. Məktəb idarəçilərinin məktəblə bağlı gələcək hədəfləri olduqda məkətbi tamamilə dəyişdirib inkişaf etdirmək gücünə malikdir. Lakin, təhsil sistemlərinin idarə olunmasənda gələcək hədəflərlə bağlı 4 təhlükə var. Birincisi, gələcək hədəflər idarəçilərin və idarə olunanların bir növ “kor” olmasına, mövcud vəziyyətə deyil, yalnız gələcəyə fokuslanmalarına səbəb ola bilər. İkinci problem odur ki, gələcək hədəflər müəssisə tərəfindən deyil, məhz idarəçi tərəfindən tərtib olunur, hansı ki, bu da müəssisənin gələcək hədəflərinə deyil, məhz idarəçinin gələcək hədəflərinin əsas tutulmasına gətirib çıxarır: lider və müəssisənin ideallarını bir-birindən ayırmaq çətinləşir. Üçüncü çətinlik, bütün təhsil sistemlərinə aid olan ümumi problemdir: bir məktəbin gələcək hədəflərinin əsas məqsədi nazirlik və ya mərkəzi təhsil orqanı tərəfindən qoyulmuş tələblərə cavab verməyə çalışmaqdan ibarət olur. Sonuncu təhlükə odur ki, gələcək hədəflərinin olması təhsil müsəssiəsindəkilərinin, xüsusilə də şagird və tələbələrin istəklərinin və tələblərinin görməzdən gəlinməsinə aparıb çıxara bilər. Nəticədə, onların fərdi inkişafları gözardı oluna bilər.

Dəyərlər

Dəyərlər hər zaman idarəetmənin əsasını təşkil edib. Bir məktəbin nə qədər aydın təyin olunmuş dəyərləri varsa, məktəb idarəçiliyi bir o qədər effektiv olar.  Təhsil idarəetməsində əsas nəzərə alınmalı dəyərlər aşağıdakı kimidir:

Fərdi inkişaf

Təhsil müsəssisəsi idarəçilərinin əsas hədəfi şagird, tələbə və təhsil prosesində iştirak edənlərin fərdi inkişafı olmalıdır.

Əməkdaşlıq

Fərdi inkişaf başqaları ilə sosial ünsiyyət olmadan baş verə bilməz. Əməkdaşlıq dedikdə burda nəzərdə tutulan yalnız komanda şəklində işləmək deyil, həm də məktəbdəki bütün heyətin, tələbələrin  və şagirdlərin məktəbdaxili bütün mümkün proseslərdə iştirakını təmin etməkdir.

İnkluzivlik

Müəssisənin müxtəlif fərdlərinin əməkdaşlığı üçün inkluzivlik vacibdir; fərdi xüsusiyyətlərindən asılı olmayaraq və ya fərdi xüsusiyyətlərindən dolayı yaşadığı çətinliklərin öhdəsindən gəlməyə kömək edərək hər bir fərdin məktəbdaxili proseslərə cəlb olunması liderliyin vacib əlamətlərindəndir.

İnam

Bir məktəbi təhsil müsəssiəsi kimi formalaşdırmaq üçün vacib olan əməkdaşlıq və inkluzivlik inam əsasında qurulmalıdır. Çətinliklərlə dolu rəqabətcil müasir dövrdə təhsil müssisəsində heyət arasında və müıssisə ilə tələbələr arasında inamın yaradılması vacibdir.

Məsuliyyət

İnam öhdəçiliklə əlaqəlidir. Biz bunu, fərdi, qrup, müəssisə, sosial və siyasi olaraq səviyyələrə bölə bilərik. Buna, məktəbin dəyərlərindən xəbərdar olmaq, onlara əməl etmək və lazım olduqda müdafiə etmək daxildir.

Öyrənmə

Təhsil idarəçiliyindən danışarkən öyrənmənin əsas dəyərlərdən biri olmasını mütləq qeyd etməliyik. Lakin tez-tez rast gəlinən səhvlərdən biri odur ki, təhsilin idarəolunmasında öyrənməyə digər dəyərlərlə müqayisədə ya həddindən çox, ya da həddindən aşağı dəyər verilməsidir.

 

 

Mənbə

Roman Dorzcak, Puttiing Education into Educational Leadership – The Main Challenge of Contemporary Educational Leadership

 

Əminət Diqanayeva

ELTE Universiteti, Təhsilin İdarəedilməsi ixtisası, Magistrartura Tələbəsi

 

 

Bir cavab yazın

Back to top button