Təhsil şöbələrinin məsul şəxslərinin, buraxılış sinif şagirdlərinin və onların valideynlərinin nəzərinə!
Təhsil şöbələrinin məsul şəxslərinin, buraxılış sinif şagirdlərinin və onların valideynlərinin nəzərinə!
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2020-ci il tarixli 488 nömrəli qərarına əsasən ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmış, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılmış, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilmişdir.
Bununla əlaqədar vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə qarşılıqlı razılığa əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı aşağıda qeyd olunan dəyişikliklər nəzərdə tutulmuşdur: