Bazar ertəsi, 14 İyul, 2025

Təhsil tələbə krediti ilə bağlı vətəndaş xidmətləri


  • Dərc edildi: 5 Yanvar, 2022 - 09:57
Təhsil tələbə krediti ilə bağlı vətəndaş xidmətləri

4083 nəfər təhsil tələbə kreditinə müraciət edib

Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu davam edir. Müraciətlərin sayı 4083 nəfər təşkil edir. Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb. 25 noyabr 2021-ci il tarixindən cari tarixədək vətəndaşlar tərəfindən yaranmış suallara aydınlıq gətirilməsi üçün Çağrı Mərkəzinə 3137, "WhatsApp messenger" üzərindən 2160, e-ttkf.edu.az dəstək bölməsinə 1767,portal.edu.azvasitəsilə Təhsil Nazirliyinə və nazirliyə məktub vasitəsilə (DMS) 115 olmaqla, ümumilikdə 7179 sorğu daxil olub. Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4198
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 180
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 139
Məktəbəhazırlıq qrup...