reklam

Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəsi

Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəsi

Qrant müsabiqəsinin elanı Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsi məqsədilə 2021-ci il üçün “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsi elan edir.   Müsabiqəyə təqdim olunan layihə təklifləri aşağıdakı istiqamətləri əhatə etməlidir: 1. Ali təhsil müəssisələri arasında əməkdaşlığın təşviqi, tələbə gənclər hərəkatı və şəbəkəsinin qurulması, inkişaf etdirilməsi; 2. Tələbə-gənclər hərəkatını (şəbəkəsini) dövlətin xarici və daxili siyasəti üzrə prioritet mövzuların (vətənpərvərlik duyğusunun gücləndirilməsi, xüsusilə I və II Qarabağ müharibəsi qəhrəmanlarının tanıdılması, qazi və şəhid ailələri, onların övladları üçün mənəvi və sosial dəstək proqramlarının keçirilməsi və s.), həmçinin xalqımızın milli və ümumbəşəri mənəvi dəyərlərin cəmiyyətdə təbliği/təşviqi istiqamətində fəaliyyətə yönləndirilməsi; 3. Tələbə-gənclərin elm-təhsil sahəsində, eləcə də keçirilən ölkə əhəmiyyətli tədbirlərdə könüllülük fəaliyyətinə cəlb olunması.   Müsabiqə fondu və maliyyələşəcək layihələrin sayı: • Müsabiqə fondunun büdcəsi 350 000 (üç yüz əlli min) manat təşkil edir. • Sadalanan istiqamətləri əhatə edən və qiymətləndirmə meyarları üzrə ən yüksək nəticəni toplayan layihə qalib olacaqdır.   Müsabiqə iştirakçılarına verilən tələblər: 1. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış ictimai birliklər iştirak edə bilər və aşağıdakı sənədləri təqdim etməlidirlər: • İctimai birliyin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; • İctimai birliyin Nizamnaməsinin surəti; • İctimai birliyin dövlət qeydiyyatının reyestr çıxarışının surəti; • İctimai birliyin VÖEN-nin surəti; • İctimai birliyin vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarının arayışları; • İctimai birliyin fəaliyyəti haqqında qısa məlumat; • İctimai birliyin bank hesabı haqqında arayış; • İctimai birliyin rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti.   2. İctimai birlik ali və orta ixtisas təhsili müəssisələrində tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində təcrübəyə malik olmalı, yerinə yetirdiyi xidmətlər və müqavilələr, həmçinin bu məlumatları təsdiq etmək məqsədi ilə müraciət edilə biləcək sifarişçi təşkilatların (şəxslərin) əlaqə məlumatları təqdim edilməlidir.   Müsabiqəyə təqdim olunan layihə təkliflərinə verilən tələblər: 1. Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır: • Layihə təklifi forması (Əlavə 1); • Layihənin xərclər smetası (Əlavə 2); • Layihənin icra planı (Əlavə 3); 2. Layihəyə rəhbərlik edəcək şəxsin və əsas işçi heyətinin əməkdaşlarının tərcümeyi-halı (CV). 3. Müsabiqəyə təqdim olunmuş layihə təklifləri üzrə fəaliyyət 9 aydan 12 ayadək müddəti əhatə etməlidir.   Müsabiqəyə təqdim olunan layihə təkliflərinin məzmun ekspertizası üçün qiymətləndirmə meyarları: 1. Təqdim olunmuş layihənin icra istiqamətlərinə dair dəqiq ifadə edilmiş əsaslandırılma; 2. Təqdim olunmuş layihə üzrə fəaliyyətlərin zaman bölgüsü; 3. Qrant layihəsi üçün tələb olunan maliyyə vəsaitinin əsaslandırılması; 4. Layihənin səmərəliliyi, davamlılığı və icrası ilə bağlı risklərin qiymətləndirilməsi.   Müsabiqənin müddəti: Müsabiqədə iştirak üçün müraciət sənədləri 7 iyul 2021-ci il – 27 iyul 2021-ci il tarixlərində elektron formada [email protected]elektron poçt ünvanı üzərindən qəbul edilir. Layihələrin qəbulu üçün son müddət: 27 iyul 2021-ci il, saat 21:00

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az