Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Kvalifikasiyaların tanınması şöbəsinə baş məsləhətçi” vakansiyası elan edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Kvalifikasiyaların tanınması şöbəsinə baş məsləhətçi vakansiyası elan edir

 

Ümumi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə (AzMKÇ) və Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ölkədə təhsilin keyfiyyətinin təmin olunması məqsədilə kvalifikasiyaların müvafiq dövlət təhsil standartlarına əsaslanması nəzərdə tutulmuşdur. Kvalifikasiyaların tanınması təhsilin bütün pillələri və səviyyələri üzrə təhsilalanların bilik, bacarıq və səriştələrini müəyyənləşdirir. Bu sənəd ölkə daxilində kvalifikasiyaların beynəlxalq təcrübəyə uyğun sistemləşdirilməsində mühim rol oynayacaq, beynəlxalq mobilliyi və milli kvalifikasiyaların xaricdə tanınmasını asanlaşdıracaq, ixtisasların və diplomların tanınmasına imkan yaratmaqla Azərbaycan vətəndaşlarının xaricdə təhsilinə və işləməsinə əlverişli şərait yaradacaqdır.

Vəzifə

Sizin vəzifəniz müvafiq sahədə qanunvericilik aktlarının hazırlanmasında və həyata keçirilməsində, habelə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanın təşkil edilməsində iştirak etmək  olacaqdır.

 

Məsuliyyət

  1. Tanınma istiqamətində beynəlxalq təcrübəni öyrənmək və cari prosesdə təkmilləşməyə dair təkliflər vermək;
  2. Xarici ölkələrin tanınma üzrə məsul qurumları ilə əlaqələrin qurulmasını təmin etmək;
  3. Xarici ölkələrinin təhsil sistemlərini araşdırmaq;
  4. Xarici ali təhsil sənədlərinin tanınması prosesinə nəzarət etmək;
  5. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

 

Tələblər

  • Ali təhsil;
  • 2-3 il təcrübə;
  • İngilis və Rus dillərində yazmaq, oxumaq və danışmaq;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Beynəlxalq təcrübənin öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Analitik, strateji düşünmə və problem həlletmə bacarığı.

Üstünlüklər

  1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
  3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

 

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Son müraciət tarixi: 21.08.2020

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Kvalifikasiyaların tanınması şöbəsinə baş məsləhətçi Edumap.az”  qeyd etməklə göndərə bilərlər.

Bir cavab yazın

Back to top button