Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Maliyyə şöbəsinin müdiri” vakansiyası elan edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Maliyyə şöbəsinin müdiri” vakansiyası elan edir

Ümumi

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq Agentliyin maliyyə planlaşdırması, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtib edilməsi, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparılması, statistik hesabatları tərtib edilməsi nəzərdə tutulmuşdur.
Düzgün maliyyə planlaşdırması Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən səmərəli istifadə olunmasında mühüm rol oynayacaqdır.

Vəzifə

Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq şöbənin əsasnaməsinə uyğun olaraq Agentliyin maliyyə planlaşdırmasını həyata keçirmək və icrasını təmin etmək olacaqdır.

Məsuliyyət

1. Dövlət büdcəsindən, həmçinin büdcədənkənar fonddan ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasını, Agentlik tərəfindən aparılan hesablaşmaların və digər əməliyyatlarının, habelə öhdəliklərin icrasının düzgünlüyünü, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasını təmin etmək;
2. Agentliyin işçilərinə əmək haqqının, məzuniyyət, ezamiyyə və iş qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar ödənişlərin, təqaüd və müavinətlərin vaxtında verilməsini, o cümlədən vergilərin və digər icbari ödənişlərin dövlət büdcəsinə vaxtında köçürülməsini və aidiyyati dövlət orqanlarına hesabatların təqdim olunmasını təmin etmək;
3. Debitor və kreditor borclarının, bank və kassa üzrə dövriyyələrin, aktivlərin, habelə onların köhnəlməsinin uçotunu aparılmasını təmin etmək;
4. Agentlikdə ciddi uçot blanklarının hərəkətinə nəzarət etmək və maliyyə məsələlərinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
5. Agentliyin səmərəli fəaliyyəti üçün zəruri olan ləvazimatları üzrə ehtiyacları müəyyən etmək, malların (işlərin, xidmətlərin) satınalınmasına, təchizatına və təyinatı üzrə istifadəsinə, habelə əməyin mühafizəsinin təmin olunmasına nəzarəti həyata keçirmək;
6. Agentliyin inzibati-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini həyata keçirmək, inventarizasiyanı aparılmasına nəzarət etmək;
7. Vəzifə öhdəlikləri irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

Tələblər

• Müvafiq sahə üzrə ali təhsil;
• Maliyyə-mühasibat işi üzrə idarəçi kimi minimum 2 il iş təcrübəsi;
• Yüksək səviyyədə Azərbaycan dili biliyi(ingilis dili biliyi arzuolunandır);
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
• ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzuolunandır;
• Elektron Maliyyə programları üzrə bilik və işlətmə bacarığı;
• Maliyyə sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
• Statistik və riyazi biliklər
• Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
• Zamanı idarə edəbilmə qabiliyyəti

Üstünlüklər

1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 04.09.2020

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Maliyyə şöbəsinin müdiri Edumap.az” qeyd etməklə göndərə bilərlər.

Bir cavab yazın

Back to top button