TEKNOFEST AZƏRBAYCAN festivalı ziyarətçi qeydiyyatına start verir

TEKNOFEST AZƏRBAYCAN festivalı ziyarətçi qeydiyyatına start verir
Baku Crystal Hall və Dənizkənarı bulvar 4 gün boyunca festivalı canlı izləmək istəyən ziyarətçilərə misilsiz zəngin proqram və nəfəs kəsən müsabiqələr vəd edir.
26-29 may tarixlərində Bakıda keçiriləcək regionun ən böyük tədbiri olan TEKNOFEST AZƏRBAYCAN –Aerokosmik və Aviasiya festivalında ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesinə başlanılır. Festivalda iştirak etmək istəyən şəxslər https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyat prosesindən keçərək bilet əldə edə biləcəklər.
Qeyd edək ki, festivala giriş biletinin əldə olunması hər bir Azərbaycan vətəndaşı üçün əlçatan və ödənişsizdir. 4 gün boyunca davam edəcək festivalda bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkün olacaq. Ziyarətçilər əldə etdiyi biletin üzərində qeyd olunmuş tarixdə festivala giriş imkanı əldə edəcəklər.
Bununla yanaşı, festivalın açıq ərazisində təşkil olunan sərgi və pavilyonlara baş çəkmək üçün ziyarətçilərdən COVİD-19 sertifikatı tələb olunmur. Qapalı məkanlarda keçirilən tədbirləri canlı izləmək üçün isə mütləq qaydada COVİD-19 və immun sertifikatı təqdim edilməlidir.
Festivalda 5 yaşından yuxarı uşaqların iştirakına icazə verilir. 7 yaşdan yuxarı olan uşaqlara isə festivala giriş üçün bilet tələb olunacaq.
Festivalı ziyarət etmək istəyən əcnəbi vətəndaşlar da yuxarıda qeyd olunan qeydiyyat prosesi və müvafiq qaydalar üzrə ödənişsiz bilet əldə edə biləcəklər.
Tədbir zamanı 28 May metro stansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaqdır. Avtobuslara daxil olarkən dispetçerlər biletlərin QC yoxlayaraq sərnişinlərə giriş imkanı yaradacaqlar.
Həmçinin, Heydər Əliyev Beynəlxalq Hava limanı, Park inn Otel, İnterContinental Otel, Courtyard by Marriot Baku Otel, Atletlər Kəndi, 28 May metro stransiyası və Dövlət Bayrağı meydanı ünvanlarında ‘’Baku Taksi Xidməti’’ MMC-nin dayanacaqları fəaliyyət göstərəcəkdir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az