Bazar ertəsi, 21 İyul, 2025

Tələbə gənclər arasında elan edilmiş elmi məqalə müsabiqəsi


  • Dərc edildi: 3 Noyabr, 2021 - 09:26
Tələbə gənclər arasında elan edilmiş elmi məqalə müsabiqəsi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 44 günlük Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar tələbə gənclər arasında elan edilmiş elmi məqalə müsabiqəsi davam edir.
Müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzuları əhatə etməlidir:
“İşğaldan azad edilmiş ərazilərimizin Azərbaycan iqtisadiyyatına inteqrasiyası”
“Zəfər diplomatiyası”
“Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində beynəlxalq hüquqi məsuliyyət”
“Tarixi zəfərimizin siyasi və tarixi əsasları”
Müsabiqədə hazırda orta ixtisas, bakalavr və magistratura təhsil pilləsində oxuyan şəxslər iştirak edə bilərlər.
Təqdim ediləcək məqalələr 5 səhifədən az olmamalı, A4 formatda 12 ölçüdə, 1.5 sətirlərarası intervalla, Arial şrifti ilə yazılmalı və azərbaycan, rus və ingilis dillərinin birində olmalıdır.
Məqalədə müəllifin adı, soyadı və atasının adı, təhsil müəssisəsi və şəxsi elektron ünvanı göstərilməlidir. Məqalənin əvvəlində Xülasə və Açar sözlər (5 sözdən az olmayaraq) yazılmalıdır, Giriş və Nəticə hissələrindən sonra isə mənbələrin istinad ardıcıllığına uyğun olaraq Ədəbiyyat siyahısı qeyd edilməlidir.
Qeyd: Yaranmış texniki nasazlıq səbəbilə müraciətçilərdən mail ünvanına yönləndirilmiş məqalələrin yenidən aşağıdakı qeydiyyat linkinə yükləmələri xahiş olunur.
Məqalə göndərmək üçün son tarix: 08.11.2021

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3858
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2217
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 202
Bu gündən tələbələri...