Tələbə Təhsil Kreditinin (TTK) verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər açıqlanıb

Tələbə Təhsil Kreditinin (TTK) verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər açıqlanıb. AZƏRTACxəbər verir ki, bu, Nazirlər Kabinetinin “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarında əksini tapıb. Qərara əsasən, Fondun vəsaiti hesabına verilən TTK üzrə tələblər aşağıdakılardır: - TTK-nin tədrisə tam cəlb olunaraq (fulltime) təhsil müəssisələrində əyani təhsil alan tələbələrə verilməsi; - TTK-nin təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün verilməsi; - TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borcun olmaması; - TTK üçün girov və zaminliyin tələb olunmaması; - TTK üzrə əsas borcun və hesablanmış faizlərin hər ay bərabər hissələrlə (annuitet ödənişlər) qaytarılması; - təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmaması və qaytarılmasının tələb edilməməsi; - borcalanın ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarından kreditin həcmindən az olmamaq şərtilə sığortalanması; - TTK-nin Azərbaycan Respublikasının vətəndaşlarına manatla verilməsi. Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur: - Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır; - təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur. Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir: - ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır; - təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az