Proqramın mahiyyəti:
“Melissa Group” sosial yönümlü fəaliyyətinə və “Melissa Group Akademiya” layhəsinə uyğun olaraq, tələbə və məzunlar üçün 4-cü dəfə “Yay Təcrübə Proqramı” proqramını həyata keçirir. Mərhələli dəyərləndirmələr nəticəsində seçiləcək tələbələr və məzunlar şirkətimizdə Satış, Marketinq, Maliyyə, Təchizat (Satınalma), Memarlıq, Tikinti və İnzibati şöbə üzrə təcrübə keçəcəklər. Təcrübə proqramını uğurla başa vuranlar hər il olduğu kimi, bu il də “Melissa Group”da işlə təmin olunacaqlar.
Proqram haqqında:
Təcrübə proqramı iyun, iyul və avqust ayları olmaqla 3 ay davam edəcək. Proqram müddəti ərzində təcrübəçilər, şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcəklər.
Proqramın məqsədi:
Bu proqram ali məktəbdə təhsil aldığı müddətdə qiymətləri ilə fərqlənmiş bakalavr pilləsinin son kursunda və magistr pilləsində təhsil alan, eyni zamanda məzun olmuş gənclər üçün onlara karyera imkanlarının yaradılması məqsədi ilə təşkil olunur.
Namizədə olan tələblər:
- Ali təhsil
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı, İngilis dilini orta səviyyədə bilmək
- MS Office proqramları üzrə baza biliklər
- 20 və 25 yaş arası çalışqan, işgüzar tələbə və məzunlar
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur