Tələbələr “ağıllı” zibil qabı hazırlayıblar

Tələbələr “ağıllı” zibil qabı hazırlayıblar

 

Qərbi Kaspi Universitetinin tələbələri universitetin Texnoparkında “ağıllı” zibil qabı hazırlayıblar. Qab əlin qapağa yaxınlaşması ilə işə düşür – qapağı avtomatik olaraq açılır, içərisində işıq yanır.
Layihənin müəlliflərindən biri – Rüfət Əliyev deyir ki, sensor sistemi insanın qapağa təmas etmədən tullantını qaba atmasına imkan verir: “ Bu, infeksiyanın yayılmasının qarşısını ala bilər. Koronavirusun yayıldığı indiki dövrdə bu layihə xüsusilə maraqlıdır”.
“Ağıllı” qab elektrik enerjisini qənaətlə işlədir. Onun içərisindəki işıq yalnız qapaq açıldıqda yanır.
Tələbələrin hazırladıqları prototip barədə daha ətraflı təqdim etdiyimiz videoda:

Bir cavab yazın

Back to top button