29 aprel – 3 may 2022-ci il tarixlərində ARTİ və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələr üçün hakaton təşkil ediləcək. Hakatonun keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.
Hakatonda ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.
Hakatonda iştirak etmək istəyən tələbələr 20 aprel 2022-ci il tarixinədəkhttps://anket.edu.az/link/181linki vasitəsilə qeydiyyatdan keçərək, ərizə formasında qeyd olunan 4 istiqamətdən birini seçərək, seçdiyi istiqamət üzrə öncədən təşkil olunan imtahanda uğur qazanaraq final iştirakçılar siyahısında yer ala bilərlər. Yoxlama imtahanının 23-24 aprel tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
Hakatonun əsas istiqamətləri:
1. Backend (Java və ya .Net)
2. Front-end (Javascript, React, Angular və ya Vue)
3. Verilənlər bazası (DB Admin və ya Developer)
4. Windows ƏS üzrə sistem inzibatçılığı
Hakatonda iştirak qaydaları:
• Hakaton iştirakçıları backend, front-end, verilənlər bazası və windows ƏS üzrə sistem inzibatçılığı istiqamətlərində öncədən keçiriləcək imtahan əsasında seçiləcəklər.
• Müraciət zamanı qeydiyyatdan keçən şəxslər qeyd olunan 4 istiqamətdən birini seçə bilərlər.
• Tələbələr fərdi şəkildə qeydiyyatdan keçməlidirlər. İmtahanı uğurla keçən iştirakçılar Hakatonda qruplara bölünəcək. (Məs. proqramçı, db admin, front-end, şəbəkə inzibatçısı)
• 5 gün ərzində iştirakçı komandalara ümumi tapşırıq (task) veriləcək və qiymətləndirmə yekunda tapşırığı yerinə yetirmə dərəcəsinə görə müəyyənləşdiriləcək.
• Hakatonun daha detallı yarışma qaydaları və qiymətləndirmə meyarları yekun iştirakçılara təqdim olunacaq.
• Qalib komandaya mükafat təqdim olunacaq.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur