Tələbələr üçün FemTech nümayəndəsi olma şansı!

Tələbələr üçün FemTech nümayəndəsi olma şansı! Oxuduğunuz təhsil müəssisəsində Femtech nümayəndəsi olmaq istəyirsinizsə müraciət edin ⚡FemTech nümayəndəsi nələr əldə edəcək? *FemTech tərəfindən təşkil edilən təlim və vebinarlarda birbaşa iştirak şansı; *Təhsil aldığınız müəsisəsə FemTech üzvü olaraq geniş kommunikasiya qurmaq; *Xarici və yerli təlimçilər və mentorarla tanışlıq və birbaşa işləmək imkanı; *Yerli və beynəlxalq proqramlardan ilk xəbər tutmaq və təşkilatçısı olmaq; *Startap, sahibkarlıq və innovasiya sahəsində təcrübə qazanmaq və ekosistemə daxil olmaq; *FemTech-in sizə ötürdüyü bir çox xüsusi imtiyazlardan yararlanmaq.Sizdən nələr gözlənilir? *Bakalavr III və ya IV kurs tələbəsi olmaq; *İngilis dili minimum pre/intermediate səviyyəsində olması; *Startap, sahibkarlıq, texnologiya sahəsinə maraqlı olmalı və öyrənməyə həvəsli olmaq; *Həftə ərzində minimum 10 saat ayıra bilmək; *Uzunmüddətli əməkdaşlığa açıq olmaqVəzifələriniz nədən ibarət olacaq? *FemTech Club üçün maraqlı olan şəxslərin üzvlüyə cəlb edilməsinə kömək etmək; *Təhsil müəsisənizdə təşkil ediləcək tədbirlər zamanı koordinasiya; *Müxtəlif tədbirlərdə idarə heyəti ilə birgə təşkilati iştirak. Əsas vəzifə: Daim inkişaf etmək :) Son qeydiyyat tarixi: 20 fevral, saat 23:00 Qeyd: Cavablarınız seçim mərhələsində həlledici rol oynayır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az