24 Oktyabr 21:28

Tələbələr üçün yarımştat Təcrübə Proqramı

Tələbələr üçün yarımştat iş imkanı!

Tələbə Təcrübə Proqramı – 2 Aylıq

Şirkət: Horizon Group

İşə götürüləcək namizəd sayı: 3 nəfər

Şöbələr: İnzibati, marketinq, maliyyə-mühasibatlıq şöbəsi

Vəzifə: Təcrübəçi

Üstünlük:

– 2 Aylıq təcrübə proqramının sonunda Sertifikat və Şirkət rəhbərliyi tərəfindən xasiyyətnamə
– Yarım ştat iş qrafiki (09:00-13:00 və ya 14:00 – 18:00)
– Peşəkar komanda
– Seçdiyi şöbədən asılı olaraq rahat iş öyrənmə imkanı
– Ofisin əlverişli yerdə yerləşməsi

Namizədə tələblər:

– Tələbə və ya yeni məzun, təcrübəsi olmayan şəxslər
– Məsuliyyətli və dürüst
– Öyrənməyə həvəsli və çalışqan
– Azərbaycan dili mükəmməl səviyyədə
– Xarici dil bacarıqları (Türk dili yaxşı səviyyədə, Rus dili və İngilis dilini bilməsi isə üstünlükdür)

Vəzifə öhdəlikləri:

Marketinq, inzibati və ya maliyyə-mühasibatlıq şöbəsinə seçiləcək namizəddən asılı olaraq vəzifə bölgüsü aparılacaqdır.

– MS office proqramlarında işləmək
– Maliyyə və mühasibatlıq üzrə ilkin əməliyyatlarla işin təşkili
– Kontentlərin yazılması
– Xarici bazarın araşdırılması və analizi
– Rəhbərliyə hesabatların təqdim edilməsi

Namizədlər işləmək istədikləri şöbənin adını (Marketinq / İnzibati / Maliyyə və mühasibatlıq) mövzu yerinə yazmaqla CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Bəyən və paylaş