Tələbələr və Abituriyentlər üçün yeni portal yaradılıb

İxtisas seçimi qarşıdakı həyatımızı nəyə sərf edəcəyimiz bir qərardır və mən də çoxları kimi bu qərarı mümkün qədər gec verməyə çalışırdım. Amma artıq vaxt gəlib çatmışdı. İnternetdə uzun müddətli(təxmini bir ay) araşdırmadan sonra mənə maraqlı olan ixitsası seçdim. Ancaq Azərbaycanda bu ixtisasın inkişafda olduğunu, hal-hazırdakı perspektivliyinin heç də qənaətbəxş olmadığını anlasam da Mexatronika ixtisasını inkişaf etdirənlərdən biri olmağına qərar verdim.

 

Universitetdə oxumağa başlayandan tələblərin ixtisaslarından narazı olduqlarını, “Kimya mühəndisliyi” -ndə oxuyan tələbənin İqtisadiyyatçı arzusu, “Kompüter mühəndisliyində” oxuyan tələbənin ixtisasının “Kompüter elmlerindən” fərqini anlamadığını, “Elextrotexnika mühəndisliyində” oxuyan tələbənin lazımlı informasiyanı öz dilində tapa bilməməyi məni təəccüb və kədər hissinə qərq etdi.

Bir çox ailələrdə valideynlər övladlarının əvəzinə ixtisas seçimi edirlər. Əminliklə deyə bilərəm ki, bu hadisələrin yarısından çoxu abiturientlərin özlərinin qərarsızlığından irəli gəlir. Bununla yanaşı, sevdiyi sənətlə məşğul ola bilməyən valideynlərin istəyi ilə mühəndis olan gənclərin olduğunu da bilirik. Səhv fikirlər və qərarlar həmişə olub və biz bundan nəticə alaraq nəyisə dəyişməyə cəhd göstərməliyik. Cəmiyyətimiz inkişaf etməli və düzgün istiqamət götürməsi üçün bir nəfərin istəyinə bağlanmamamlıdır.
İşsizlik probleminin məhz işin olmaması deyil, lazımlı kadrların bazarda olmamasıdır. Bunun səbəbi tələbələrin düzgün istiqamətlənməməsi, savadlı kadrlarla ünsiyyətdə olmamasıdır.

Ətrafımda olan problemləri görərək NİCECHO (“naysko” kimi oxunur) adlı platformanın problemə həll tapacağına ümid edirik.Deyəcəksiniz NİCECHO nədir?
Gəlin sizə “nice echo”-dan danışım.

Tələbələr və Abituriyentlər üçün nəzərdə tutulmuş portalda siz ünsiyyət quraraq ixtisas seçiminizi dəqiqləşdirə və ya ixtisasınız haqqında məlumat əldə edə bilərsiniz. Öyrən və Paylaş prinsipinə əsaslanan platformada əsas məqsəd gənclərimizin inkişaf etməsi və ixtisasının bilimədiyi tərəfləri kəşf etməkdir.

Universitetə yeni daxil olmusunuz? Yeni tanışlıqlar və yuxarı kurs tələbələri ilə əlaqə qurmaq istəyirsiniz? NİCECHO-ya daxil olaraq ixtisas üzrə nümayəndələrdən yeni tələbələr ilə əlaqə qura biləcəksiniz. Bu sizə ixtisasınızla tez bir zamanda tanış olmağa kömək edəcək, həmçinin yeni ideyalarınızı bir yaradaraq innovativ startuplara başlaya bilərsiniz. Unutmayın, qazanılan təcrübə nəzəri bilikdən üstündür.

Sonda qeyd etmək istərdim ki, NİCECHO məhz öyrənib və öyrətmək üçün nəzərdə tutulmuş platformadır. Gənc nəslimizi inkişaf etmək və yeniliyə imza atmaq üçün bir çalışmalıyıq. Hamınızı bu yola dəvət edir və sizi NİCECHO-da gözləyirik .

http://nicecho.com/

Uğurlar!

Bir cavab yazın

Back to top button
Close