Tələbələrin nəzərinə!

Azərbaycan Diplomatiya Mərkəzinin təşkilatçılığı ilə #Gücümüzhəmrəyliyimizdir layihəsi çərçivəsində həyata keçirilən müsabiqədə ötən ilin sentyabr ayı ərzində orta ixtisas təhsili müəssisələrindən (kolleclərdən) 200 tələbə iştirak etmişdir. Layihə tərəfindən müsabiqənin şərtləri əsasında seçilən 170 tələbənin yarım semestr üzrə təhsil haqqları cari ilin 15 mart tarixinədək təhsil aldıqları təhsil müəssisəsinə həmin tələbələrin adından ödənişlər həyata keçiriləcəkdir.
Təhsil sahəsində yeni olan #Gücümüzhəmrəyliyimizdir layihəsi Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə ölkəmizin bütün regionlarında fəaliyyət göstərən özəl və dövlət təhsil müəssisələrində subbakalavr (kollec), bakalavr və magistr pillələrində əyani və qiyabi formada ödənişli əsaslarla təhsil alan tələbələr iştirak edə bilər.

Layihə haqqında daha ətraflı: https://www.sosialtelebe.org/

Bir cavab yazın

Back to top button