Tələbələrlə iş üzrə Koordinator vakansiyası

Təsvir

Tələbələrlə iş üzrə Koordinator Akademiyanın tələbələrinə tədris müddətində administrativ proseslərdə dəstək olacaq, onların ümumi müraciətləri ilə məşğul olacaq və tələbələrlə Akademiya arası əlaqələri koordinasiya edəcək. Əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək:
  • Tədris qruplarının başlamasının/bitməsinin təşkili
  • Tələbə məmnunluğu sorğularının təşkili, analizi və problemlər üzərində iş
  • Tələbələrin dərsə davamiyyətinə nəzarət. Ehtiyac yarandıqda görüşlərin təşkili.
  • Tələbələrin fərdi müraciətləri üzərində işləmək.
  • Qrup dəyişimlərinin təşkili
  • Tələbələrin xitam müraciətlərinə baxış
  • Tələbələr üçün əlavə məşğələ saatlarının təşkili
  • Tədris qruplarına Mentor (müəllim köməkçisi) seçimləri
  • Mentorların fəaliyyətinə nəzarət, aylıq hesabatların toplanması, mentor iclaslarının təşkili
  • Tələbələrlə mütamadi tədbirlərin təşkili

Tələblər

  • Təhsil sahəsində minimum 1 il təcrübə
  • 25-35 yaş aralığında namizədlər
  • İnsanlarla ünsiyyətin psixologiyasını və prinsiplərini yaxşı bilmək, insanları analiz edib tanıma bacarığı
  • Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar
  • Aktiv dinləmə bacarıqları
  • Komanda şəklində işləmək qabiliyyəti
  • Güclü analitik düşünmə qabiliyyəti
  • Konfliktləri, problemləri həlletmə və operativlik bacarığı
  • Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
  • Səbrli olmaq, nəzarətsiz və stres altında işləməyi bacarmaq
  • Motivasiya etmə bacarığı
  • Müsahibələr keçirmə bacarığı
  • Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək
  • Ofis proqramlarında yaxşı işləmə bacarığı
Müraciət et

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az